<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>379</hymn_number>
<title>«Allah» sözü müqəddəsdir, boş yerə çəkmə ismini İL379</title>
<lyrics>[V1]
 «Allah» sözü müqəddəsdir, boş yerə çəkmə ismini,
 Hamının ümid yeridir, hər kəs bunu yaxşı bilir.

[C1]
   Kəlamından alıb ibrət yaşayaq təmiz, müqəddəs,
   Verir bu gün bizə möhlət, axı Allahdır məhəbbət.

[V2]
 Yaşayır uca Məkanda, nəzər salır hər insana,
 Deyir, güvənmə malına, sevinmə fani olanla.

[C2]
   Ata Oğulda görünür, bizi Nura dəvət edir,
   İsa bizə yer düzəldib, Səmalara dəvət edir.

[V3]
 Gözləyirik biz nə vaxtdan, ümidimiz var Allahdan,
 Söz verib getdiyi zaman, zühur edəcək Xilaskar.

[C3]
   Ata Oğulda görünür, bizi Nura dəvət edir,
   İsa bizə yer düzəldib, Səmalara dəvət edir.</lyrics>
</song>